Azərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:09 KİV: SEPAH komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb  |     18:57 Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib- VİDEO  |     18:46 18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü  |     18:29 18 yaşlı gəncdən inanılmaz əməl: Qadınla əlbir olub kartlarına 700 min manat köçürtdü - VİDEO  |     18:12 Müqtəda əs-Sədr İraqda üçgünlük matəm elan edib  |     18:03 Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb  |     17:46 "Avtoşluq" edib videosunu yayan şəxs saxlanıldı  |     17:25 Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     17:08 Qaxda qəza: Motosiklet sürücüsü öldü  |     16:48 Pakistanda helikopter QƏZASI - 6 nəfər ÖLDÜ  |     16:38 Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq  |     16:29 Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıb  |     16:27 Biləcəridə yanan obyekt parket müəssisəsidir  |     16:15 "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" dəyişib  |     16:13 Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi təsdiqləndi  |     15:54 Bakıda 47 yaşlı kişi özünü onuncu mərtəbədən atdı  |     14:21 Toylarda arağa qadağa qoyula bilər? - AÇIQLAMA  |     14:10 Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var  |     14:07 Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib: Ölən var  |     14:06 Daxili İşlər Nazirliyindən ƏMƏLİYYAT - 22 kiloqram narkotik aşkarlandı  |    

Azərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır

İyulun 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Dəmir Bank” ASC-nin, iyulun 4-də "Atabank” ASC-nin, iyulun 11-də isə "AGBank” və "Bank of Azerbaijan" ASC-lərin, "Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Dəmir Bank”a məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, 56 ünvanındakı dəyəri 75 min manat olan 55,65 kv.metrlik, "Atabank”a məxsus Lənkəran şəhəri, Həzi Aslanov Xiyabanındakı dəyəri 600 min manat olan 301 kv.metrlik, "AGBank”a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 106 ünvanındakı dəyəri 300 min manat olan 320 kv.metrlik, "Bank of Azerbaijan”a məxsus Qazax rayonu, Daş Salahlı kəndindəki dəyəri 25 min manat olan 24,5 kv.metrlik, "Bank Standard”a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan 197 kv.metrlik və Zaqatala şəhəri, Dədə Qorqud küçəsi 9 ünvanındakı dəyəri 485 min manat olan 678,5 kv.metrlik qeyri-yaşayış sahələrindən gedir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            333 24.06.24 20:56