DTX-nin həbs etdiyi icra başçısının 10 milyonluq əmlakı üzərindən həbs götürüldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib  |     18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |     17:27 Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər  |     17:15 Geomaqnit qasırğasının olacağı gözlənilir  |     17:14 Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?  |     16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |     16:26 "Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR  |    

DTX-nin həbs etdiyi icra başçısının 10 milyonluq əmlakı üzərindən həbs götürüldü

11 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun iki əmlakı üzərindən həbs qərarı götürülüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq "Abad Şəmkir" MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.

A.Məmmədovun Bakı şəhərində yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.

* * * * *

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədova hökm oxunub.


"Report"un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib.

Son sözdən sonra məhkəmə Alimpaşa Məmmədova hökm oxuyub. Məhkəmənin qərarı ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            792 24.06.24 12:58