“Şah” “armagedon”la çempion oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:53 Aktyor Azər Baxşəliyevin ürək fəaliyyəti yenidən bərpa olunub  |     18:49 Yeni ilə 2 dəfə daxil oldular  |     18:31 Bakıda meyit aşkarlanıb  |     17:51 Qəzada bir ailənin 4 üzvü yaralandı  |     17:21 "Crocus" terror aktına görə beş əcnəbiyə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib  |     16:50 Şirvanda saxta pul ƏMƏLİYYATI  |     16:44 Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ  |     16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |    

“Şah” “armagedon”la çempion oldu

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları başa çatıb.

Median.Az
xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla münasibətlərinə aydınlıq gətirib.

İlk oyunda ağ fiqurlarla qələbə qazanıb, ikinci görüşdə “qara”lara uduzan “Şah” rəqibini tay-breklərdə keçməyə çalışıb.

Amma dörd oyunun hamısı heç-heçə başa çatıb, ardınca blitsdə də status-kvo pozulmayınca, ümid sonuncu vasitəyə - “armagedon”a qalıb.

Qara fiqurlarla çıxış edən Ş.Məmmədyarov 64-cü gedişdə qələbəsini rəsmiləşdirərək, ümumi hesabda 5:4 hesabı ilə qalib gəlib və “Grand Prix 2019”un çempionu olub.

Qeyd edək ki, 16 şahmatçının qatıldığı “Qran-Pri” turniri pley-off sistemi ilə keçirilirdi.

Ümumilikdə dörd seriyadan ibarət olacaq super-turnirin Moskvada keçirilmiş ilk seriyasında rusiyalı Yan Nepomnyaşi qələbə qazanmışdı.

Dörd seriyadan sonra ən yaxşı iki şahmatçı 2020-ci ildə “Şahmat tacı” uğrunda iddiaçılar turnirində oynamağa haqq qazanacaq. Həmin turnirin qalibi isə gələn ilin payızında norveçli dünya çempionu Maqnus Karlsenlə titul matçına çıxacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 335 24.07.19 22:11