Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib.
İyulun 21-də start götürəcək festivalda bayraqdarımız ən ağır çəkili cüdoçumuz Hüseyn Məmmədov (+90 kq) olacaq.
“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq. O, ötən ay Polşanın paytaxtı Varşava yeniyetmələr arasında keçirilmiş Avropa çempionatının bürünc mükafatçısıdır.
Qeyd edək ki, EYOF-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.
/oxu.az/