Hacı Əliyev: Dünən ermənilərə, bu gün Olimpiya çempionuna qalib gəlmək sevindiricidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Neftçalada doğulan körpələrin sayı azalıb  |     22:53 Məşhur müğənni özünü öldürmək istəyən qadını xilas etdi - VİDEO  |     22:47 19 yaşlı idmançı infarktdan öldü  |     22:38 Kimlərə şorba yemək olmaz?  |     22:33 Mobil telefonlar bu xəstəliklərə səbəb olur - TƏHLÜKƏLİDİR  |     22:29 Əməkdar artistin vəziyyəti ağırlaşdı, nəfəs ala bilmir  |     22:28 Marketdən 446 manatlıq siqaret oğurlandı  |     22:20 Gəncədə "Nizami günləri" sentyabrın 15-dək davam edəcək  |     22:16 Uşaq divarları qələmlə yazanda, BELƏ TƏMİZLƏYİN: Evdar xanımların bildiyi üsul  |     22:10 Beyin ilə qidalanan amöb nədir - Suya girərkən diqqətli olun  |     22:03 199 nömrəli avtobusdakı mübahisə ilə bağlı - Açıqlama (VİDEO)  |     21:59 Bakıda marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcək  |     21:54 6 milyon dollarlıq saatdan toyuğa qədər - İnsanların otellərdə nələri unudur?  |     21:48 8 ayda əhaliyə nə qədər ƏDV qaytarılıb?  |     21:41 Çörək bahalaşa bilər? - Ekspert  |     21:34 Rumıniyada ukraynalı pilotların “F-16”larda təliminə başlanılıb  |     21:29 Rumıniya millisinin məşhur qapıçısı karyerasını sonlandırıb  |     21:23 Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məhkəmədə: Bir milyon manat təzminat istəyirəm  |     21:17 Rusiyanın kruiz gəmisi Bakı limanlarından səfərlər təşkil etməyi planlaşdırır  |     21:10 Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb  |    

Hacı Əliyev: Dünən ermənilərə, bu gün Olimpiya çempionuna qalib gəlmək sevindiricidir

Əlbəttə, çox sevinirəm ki, qalib oldum. Bu dəfə Avropa Oyunlarında da qızıl medal qazandım. Rəqiblərim arasında ən önəmlisi bir neçə dəfə məğlub olduğum Vladimir Xinçeqaşvili idi. Rio-2016 Yay Olimpiya Oyunlarında da ona uduzmuşdum.

Bunu II Avropa Oyunlarında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

65 kq çəki dərəcəsində finalda gürcüstanlı Vladimir Xinçeqaşviliyə qalib gələn 28 yaşlı pəhləvan Olimpiya dünya və üçqat Avropa çempionunu məğlub etməklə, tilsimi qırdığını bildirib:

“Mənə elə gəlir ki, artıq tilsimi qırdım. Çünki həm Avropa Oyunlarının qalibi oldum, həm də ona qarşı baryeri aradan qaldırdım. Dünən ermənilərə, bu gün isə belə rəqibə qalib gəlmək, mənim üçün həqiqətən də çox sevindiricidir. Avropa Oyunlarında mübarizəyə başlamazdan öncə səhhətimdə bir qədər problem olduğu üçün döyüşlərdə çətinlik çəkdim. Amma, bu gün vəziyyətim 99 faiz müsbətə doğru dəyişmişdi. İnanın ki, qələbə üçün çox istəkli idim. Mənə elə gəlir ki, qalib gəlməkdən ötrü hər şeyi etdim və rəqibə heç bir şans vermədim. O, son dünya çempionatında üçüncü olmuşdu. Bununla belə Minskdə rusiyalı güləşçiyə qalib gəldi”.

I Avropa Oyunlarının bürünc medalçısı qeyd edib ki, növbəti Avropa Oyunlarında da uğurlu çıxışını davam etdirmək arzusundadır:

“İlk Avropa Oyunlarında bürünc medal qazanmışdım. Oyunlar ölkəmizdə keçirildiyi üçün doğma publika qarşısında bir qədər həyəcanlı idim. Xatırlayırsınızsa, Bakıda da ilk görüşümü erməniyə qarşı keçirmişdim. Üzərimdə böyük yük vardı. Sevinirəm ki, II Avropa Oyunlarında qızıl medal qazandım. Bundan sonra da analoji yarış keçirildikcə Bakı yada düşəcək. Gələcəkdə də Avropa Oyunlarında çıxış etsəm, qələbə qazanmağa çalışacağam”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 454 28.06.19 11:27