Sotomayor ermənini rinqə çıxdığına peşman etdi - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |     11:08 Bakıda 15 yaşlı qız itkin düşüb  |     23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |    

Sotomayor ermənini rinqə çıxdığına peşman etdi - YENİLƏNİB

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo idman növünün ilk günündə millimiz medal qazana bilməyib.

Bürünc medal qazanmaq şansını saxlayan Gültac Məmmədəliyeva (-52 kq) italiyalı rəqibi Odetta Quiffrida ilə görüşdə ippon fəndinə düşərək uduzub.

Qeyd edək ki, bu gün mübarizə aparmış digər altı cüdoçumuz isə daha əvvəl mübarizəni başa vurub.

* * * *

Bu gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ikinci günə start verilib.

Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvlərindən Nigar Nəsirova və Ruslan Lunyov debüt edib.

Onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında 566 xalla 19-cu yeri tutaraq, növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Bu gün cüdo yarışına da start verilib. Aişə Qurbanlı (-48 kq) rumıniyalı idmançıya qalib gəlsə də, 1/8 finalda ispaniyalı rəqibi onu ippona salıb. Bu çəkidə digər idmançımız – monqolustanlı İçinxorlu Munxtsedev ilk görüşündə gürcü rəqibinə yenilib.

Gültac Məmmədəliyeva (-52 kq) finlandiyalı və belçikalı rəqiblərini məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə polşalı Aqata Perentsə uduzub. İdmançımız bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. Bu çəkidə rumıniyalı legionerimiz Aleksandra-Larisa Florian isə ilk görüşdə polşalı idmançıya uduzub.

Kişilərimiz də uğursuz çıxış edib. 60 kq-da çıxış edən iki idmançımız Kəramət Hüseynovla Orxan Səfərov sloveniyalı rəqiblərini keçsələr də, 1/8 finalda müvafiq olaraq Niderland və Belçika idmançılarına yenilib.

Nicat Şıxəlizadə isə ukraynalı Boqdan Yadova məğlub olaraq mübarizəni başa vurub.

Sambo yarışlarına da bu gün start verilib. Mehman Xəlilov (-57 kq) belaruslu, Ceyhun Hüseynov (-82 kq) gürcüstanlı rəqiblərinə uduzub.

Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla qarşılaşacaq. Ceyhun Hüseynov isə bürünc medal üçün təsəlliverici görüşdə italiyalı rəqibinə uduzub.

Emil Həsənov (-68 kq) 1/4 finalda rumıniyalı rəqibinə qalib gəlsə də, yarımfinalda gürcü rəqibinə uduzub. O, bürünc medal uğrunda görüşdə bolqarıstanlı Martin İvanovla axşam seansında qarşılaşacaq.

Samboda yeganə qadın idmançımız Gözəl Zutova (-72 kq) da uğursuzluğa düçar olub. O, ilk görüşdə fransalı, təsəlliverici qarşılaşmada isə rumıniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Bu gün boksda Olimpiya mükafatçımız Lorenso Sotomayor (-69 kq) mübarizəyə qoşulub. O, 1/16 finalda ermənistanlı Qurqen Madoyan üzərində 5:0 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, boksda bu gün komandamızın lideri Kamran Şahsuvarlı, Cavid Çələbiyev və Alfonso Dominqes də mübarizə aparacaq.

/oxu.az/

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 502 22.06.19 16:51