Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Əhməd Əhməd Fransanın Paris şəhərində saxlanılıb.
Median.Az-ın “Sovetski sport”a istinadən məlumatına görə, Ə. Əhməd korrupsiya məsələsinə görə dindirilməyə çağrılıb.
Bildirilir ki, vitse-prezidentin saxlanılması konfederasiyanın futbol forması istehsalçıları ilə işbirliyində yol verdiyi bəzi pozuntularla bağlı ola bilər.
Məsələn, bu il dünyaca məşhur idman brendi ilə müqaviləyə xitam verilib.