İngilisdilli həkimlər Bakı xəstəxanalarında futbol fanatlarını gözləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |     19:14 Gürcü ekspert: Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığa verilən önəmi göstərir  |     18:35 Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb  |     18:25 Küləyin sürəti güclənib - FAKTİKİ HAVA  |     17:53 Türkiyə Liqasında çıxış edən Azərbaycan millisinin hücumçusunun transfer dəyərində eniş yaşanıb  |     17:32 İrakli Kobaxidze: "Azərbaycan bizim üçün təkcə dəyərli dost yox, etibarlı tərəfdaş, qardaş ölkədir"  |     17:05 Sumqayıtda polisin əməliyyatı zamanı 20 kiloqram narkotik vasitə aşkarlanıb  |     16:39 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |    

İngilisdilli həkimlər Bakı xəstəxanalarında futbol fanatlarını gözləyir

Bakıdakı tibb müəssisələrində Avropa Liqasının Londonun "Çelsi" və "Arsenal" klubları arasında keçiriləcək final matçında iştirak etmək üçün Bakıya gələn futbol komandaları və azarkeşlər üçün 200-dək çarpayı ayrılıb. Bundan əlavə, xəstəxanalarda ingilis dilini bilən həkimlər növbə çəkəcək.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, paytaxt xəstəxanaları 29 may saat 23:00-da Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final matçına hazırlıq vəziyyətinə gətirilib.

Belə ki, nazirlik tərəfindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək. Bundan başqa 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb.

Tədbir keçiriləcək müddətdə qeyd olunan xəstəxanalarda təcrübəli mütəxəssislərin (onların arasında ingilis dili bilən olmaqla) növbətçiliyi təşkil olunub. "9103 qaynar xətt" xidməti 24 saat gücləndirilmiş iş rejimində çalışacaq.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 504 29.05.19 21:27