Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyə birinci liqasının ən bahalı iki futbolçusundan biridir.
Liqanın oyunçu transfer qiymətlərinin yanvar ayı yenilənməsindən sonra "Ankaragücü"nün hücumçusu 100.000 avro dəyər itirib. Hücumçu hazırda 1, 6 milyon avro (təxminən 2,8 milyon manat) dəyərində qiymətləndirilir.
Bu göstərici ilə o, klubunun ən bahalı oyunçusudur və "Fatih Karagümrük"ün forvardı Uesli Moraes ilə liderliyi bölüşür.