Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir  |     22:36 Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB  |     22:13 Abşeronda yaşayış evində partlayış: Yaralananlar arasında uşaqlar var  |     22:03 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     22:01 Araik Harutyunyan məhkəmədə üzr istədi  |     21:57 Cahangir Əsgərovun xanımı vəfat etdi  |     21:55 Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib  |     21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |    

Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB

"Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir. Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir.

"Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması istiqamətində müasir metodiki xidmətin qurulması qarşıda duran əsas hədəflər siyahısındadır. Bu hədəflərə çatmaq üçün Agentliyin yerli bölmələrinin strukturunda dəyişiklik edilməsi, mövcud metodiki xidmət işinin yenidən təşkili və təkmilləşdirilməsi prosesi həyata keçirilir. Müasir metodiki xidmətin təşkilində məqsəd ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərə müasir tələblərə cavab verən metodik dəstəyin həyata keçirilməsi, prosesinin daha keyfiyyətli təşkilinə nail olmaqdır", - məlumatda deyilir.

Qeyd edək ki, cari il ərzində metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulur.

2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur.

Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək" ,- məlumatda bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 17.01.25 22:36