2025-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5312,1 min nəfər olub, onlardan 5029,8 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2024-cü il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1775,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884,4 min nəfər, qeyri-dövlət sektorunda isə 890,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1743,7 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,5 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.