Gürcü ekspert: Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığa verilən önəmi göstərir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir  |     22:36 Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB  |     22:13 Abşeronda yaşayış evində partlayış: Yaralananlar arasında uşaqlar var  |     22:03 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     22:01 Araik Harutyunyan məhkəmədə üzr istədi  |     21:57 Cahangir Əsgərovun xanımı vəfat etdi  |     21:55 Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib  |     21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |    

Gürcü ekspert: Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığa verilən önəmi göstərir

Gürcüstan Baş nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və münasibətlərin əhəmiyyətini bir daha
sübut edir.

Bunu apa-ya açıqlamasında gürcüstanlı siyasi ekspert Zaal Andjaparidze deyib.

“Gürcüstan Baş nazirinin ilk rəsmi səfərini Azərbaycan Respublikasına etməsi iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır. Bu səfər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın və yaxşı qonşuluq münasibətlərinin əhəmmiyyətini göstərir. Düşünürəm ki, bu proses müxtəlif istiqamətlərdə səfərlərlə davam etdiriləcək. Azərbaycan Gürcüstanın əsas investorlarından biridir. Düşünürəm ki, qarşılıqlı investisyaların genişləndirilməsi ilə bağlı önəmli qərarlar qəbul ediləcək çünki bu, hər iki tərəfin maraq dairəsindədir”.

Gürcü ekspert Gürcüstanın Cənubi Qafqazın hər üç ölkəsinin iştirak etdiyi birgə əməkdaşlıq formatı yaratmaqda maraqlı olduğunu, bu təşəbbüsün regionda sülh və sabitliyin inkişafına xidmət etdiyini deyib.
“Gürcüstan baş naziri İrakli Kobaxidzenin irəli sürdüyü üçtərəfli əməkdaşlıq formatı regionumuzda sülhün və sabitliyin əldə olunması, qorunması və saxlanılması istiqamətində çox vacib təşəbbüsdür. Bu təklif keçmişdə də fərqli məzmun və formalarda irəli sürülmüşdü, ancaq yerli vəya xarici faktorlar bunun baş tutmasına mane oldular. Azərbaycan və Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətə baxarsaq bu irəli sürülən bu təklifin həyata keçirilməsi o qədər də asan olmayacaq. Bir məsələyə toxunmaq istərdim, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov daxili məsələlərə və suverenliyə müdaxilənin yol verilməz olduğunu qeyd etdi. Gürcüstan hökumətinin də yanaşması məhz bu cürdür. Düşünürəm ki, ikitərəfli əməkdaşlıq Azərbaycan və Gürcüstanın kənar müdaxilələrdən qorunması baxımından böyük önəm daşıyır”.

Zaal Andjaparidze Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının alternativi olmadığını vurğulayıb.

“Düşünürəm ki, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlığının alternativi mövcud deyil. Bu formatın məqsədi regionumuzda sülh və sabitliyin bərqərar edilməsidir. Bu region daim müharibələrin astanasında balanslaşdırıla bilməz. Bunun üçün siyasi iradə və regionda yeni müharibələrin başlaması səylərinin qarşısını alan platformalar lazımdır. Bu gün biz açıq-aydın görürük ki, müəyyən qüvvələr regionda yeni münaqişə yaratmağa çalışırlar. Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədilə hər bir addımı atmağa hazırdır. Ancaq bu yanaşma kiçik ölkələri və regionları qurban seçir, mümkün nəticələr onları maraqlandırmır”, - ekspert deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            123 17.01.25 19:14