Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləridir.
Bildirilib ki, Azərbaycan əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.