Sarri: Bakıda komandaların şansları bərabərdir » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |     11:18 Polis miqrantların yaşayış yerlərinə daxil ola biləcək: Rusiyada yeni qaydaların DETALLARI  |    

Sarri: Bakıda komandaların şansları bərabərdir

Komandaların şansları hazırda 50-50-dir.

Bunu “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri deyib.

O, Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında “Arsenal”la sabah keçiriləcək oyun haqda danışıb və jurnalistlərin suallarına cavab verib:

“Mənim "Çelsi" ilə müqaviləm daha iki il var. Ona görə də hazırda bu matçın "Çelsi"də son oyun olduğu barədə danışmaq istəmirəm. Mən tamamilə "Arsenal"la matça köklənmişəm.

Hazırda bizim komandanın pis mövsüm keçirdiyini deyə bilmərəm. Çünki biz Çempionlar Liqasına vəsiqə qazanmışıq. İngiltərə Liqa Kubokunda “Liverpul” və “Totenhem” kimi komandaları məğlub etmişik, finalda isə yalnız "Mançester Siti"yə penaltidə məğlub olmuşuq.

Olivye Jiru bizim üçün vacib oyunçudur. Sabah onu start heyətdə oynadıb-oynatmayacağımı müəyyənləşdirəcəm.

Mövsümün əvvəlində mən komandamı başa düşməkdə çətinlik çəkirdim. Lakin mövsümün sonuna yaxın onlar tapşırıqlarımı yerinə yetirməyə başladılar və biz üçüncü yeri tutduq. İndi isə bu titulu qazanmalıyıq”.

Qeyd edək ki, sabah “Arsenal” və “Çelsi” finalda qarşılaşacaq. Final görüşü Bakıda saat 23:00-da başlayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 613 29.05.19 11:23