Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir? - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:44 Ağ Şəhər ərazisində mənzildə baş verən yanğın söndürülüb  |     15:35 "TikTok"da canlı yayım edən məktəbli ilə bağlı araşdırma başlanılıb  |     15:32 Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO  |     15:24 Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb  |     14:46 Sabah qar yağacaq  |     14:36 BQXK əməkdaşları Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən şəxslərə baş çəkib  |     14:04 Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb?  |     13:51 Rəsmi London: "Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq"  |     13:25 Xudatda avtomobil qaçıran şəxs saxlanılıb  |     13:13 Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?  |     13:08 Kaliforniyada iki yeni meşə yanğını ocağı qeydə alındı: Növbəti təxliyə dalğası başlayıb  |     12:53 Əməliyyatxanada doğum günü "sürpriz"i: Daha bir əməkdaş vəzifədən azad edildi  |     12:50 Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb  |     12:47 Cəlilabadda 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb  |     12:17 XİN sözçüsü ABŞ səfirliyinə cavab verib  |     12:13 Zibillikdən aşkarlanan kitab 40 min funt sterlinqə satılacaq  |     11:38 Bərdədə odlu silah satmaq istəyən şəxs saxlanılıb  |     11:27 Bakıda boru PARTLADI: İçməli su küçələrə AXDI - VİDEO  |     11:18 İstanbulda saxta içki kabusu: 11 nəfər öldü  |     11:13 Moldovada gizlənən Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya edilib  |    

Azərbaycana Avropa çempionluğu qazandıran qadın güləşçi kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Manolova finalədək Hena Yuhansonu (İsveç), Lutsie Mantskeni (Almaniya), Petra Ollini (Finlandiya) məğlub etdi.

Finalda isə yerli ölkəni - Rumıniyanı təmsil edən macar əsilli idmançı Krista İnçeni məğlub edərək Avropa çempionu oldu.

Elisin bu qələbəsinin özəlliyi isə ondan ibarətdir ki, hesabda 0:4 geridə olsa da, ardıcıl xallar toplayaraq geridönüş edə bildi və sonda 6:4 qalib gəldi.

Bununla da o, Mariya Stadnik və Yuliya Ratkeviçdən sonra Azərbaycana qadın güləşi üzrə böyüklər arasında Avropa birinciliyi qazandırdı. Bəs bu idmançı kimdir?

Median.Az oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Elis Manolova Bolqarıstan türküdür. O, 19 yaşında olanda millimizə cəlb olunub. Atası və şəxsi məşqçisi Filip Manolovla birgə Bakıya gəlib.

Elis vətəndaşlığını dəyişdirmək üçün iki ilədək Bolqarıstan millisindən kənarda qalıb. Elisdən üç yaş böyük bacısı Canan da güləşçidir. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. Lakin Canan Manolova öz ölkəsində qalmağa qərar verib.

Elis Bakıda hazırlıq keçən bolqarıstanlı beşqat dünya və altıqat Avropa çempionu Stanka Zlatevanın (yeri gəlmişkən, 2012-ci ildə ona da Azərbaycanı təmsil etmək təklif olunsa da, o, imtina edib - S.M.) təcrübəsindən yararlanıb. Çünki Zlatevanın şəxsi məşqçisi vaxtı ilə Azərbaycanın qadın güləş millisini çalışdırmış Simeon Şterev olub.

Manolova əvvəl də qitə çempionu olub. Onun 2012-ci ildə Polşanın Katovitse şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionluğu da var. Ancaq həmin çempionluq Bolqarıstanı təmsil edərkən qeydə alınıb.

Bundan başqa, o, Azərbaycan adından gənclər arasında iki dəfə Avropa ikincisi, iki dəfə isə dünya üçüncüsü olub. 23 yaşadək dünya və Avropa çempionatında isə müvafiq olaraq gümüş və bürünc medal qazanıb.

O, ötən il böyüklər arasında Avropa çempionatının finalında uduzsa da, bu dəfə ona finalda qalib gəlmək qismət oldu. Özü də o ötən il finalda uduzduğu finlandiyalı Petra Ollini bu dəfə yarımfinalda kürəyini döşəyə vurmaqla məğlub etdi.

2015-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının da qalibi olmuş Manolova bu ilin əvvəlində Hindistan Liqasında da çıxış edib. O, Hacı Əliyevlə birgə "Yodha" klubunun üzvü kimi mübarizə aparıb.

Onun bu uğurları sentyabrda Qazaxıstanda keçirilmiş dünya çempionatında Elis Manolovanın mükafatçılar sırasına düşəcəyinə inamı artırır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 643 13.04.19 18:42