Xamis Məmmədovun atası: “Mən onun çiynində qəbrə getmək istəyirdim” – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq  |     19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |     18:25 Bakının hansı küçələrində sıxlıq var?  |     18:16 Azərbaycan "Avroviziya 2025"də bu sırada çıxış edəcək  |     18:09 Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib  |     18:01 Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub  |     17:53 Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub? (YENİLƏNİB)  |     17:37 Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb  |     17:35 Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ  |     17:22 Vilyam Hacıyevin oğlu arvadı ilə "Range Rover"i bölə bilmir  |     17:12 Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır  |     17:12 Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib  |     17:03 Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:37 Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi  |     15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |     15:25 "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO  |    

Xamis Məmmədovun atası: “Mən onun çiynində qəbrə getmək istəyirdim” – VİDEO

ARB TV-nin “Bu qədər” proqramında bu dəfə dünya və Avropa çempionu Xamis Məmmədovun həyatından danışılıb.

Median.Az
xəbər verir ki, valideynləri və həyat yoldaşı onun haqqında xatirələrini bölüşüblər:

Gülxar Məmmədova – Anası: “Ana bətnində olarkən çox narahat olurdum. Təpik, yumruq vururdu. Əvvəlki uşaqlar belə deyildi, məni belə narahat etmirdi. Dedilər, səhər canını tapşırıb. Gecə yuxuda özüm onun yasinini oxumuşam. Onunla son dəfə görüşə bilmədim”.

Rüstəm Məmmədov – Atası: “Onun uşaqlıq illərini yadıma salanda kədərlənirəm. Mənə gəlib, “karateyə getməyə icazə ver” dedi. Əvvəlcə razı olmadım, bir neçə dəfədən sonra razılıq verdim. İdman zalı tikdirirdi, başa çatdıra bilmədi.

Arzuları yarımçıq qaldı. Məni aldatdı. Qızım da, oğlum Vəkil də məni aldatdı. Deyib ki, anama, atama deməyin, xəstədilər bilməsinlər. Oğlunun kiçik toyuna hazırlaşırdı, qismət olmadı. Mən onun çiynində qəbrə getmək istəyirdim”.

Rəşadə Məmmədova – Həyat yoldaşı: “Övladlarının ikisinin də davamçısı olmasını istəyirdi, amma qıza baxanda deyirdi ki, bunda öz uşaqlığımı hiss edirəm. Soruşsalar ki, dünyanın ən yaxşı atası kimdir?

Mən öz atamdan da əvvəl Xamisi deyərdim. Övladlarını sevindirmək üçün hər yola əl atardı. Onda gördüyüm atalıq tamam başqa idi.

Hamımız evdə xəstələnmişdik. Onun qızdırması var idi, xəstəxanaya qalmaq üçün yox, qızdırmasını salmaq üçün iynə vurulsun deyə getdi.

Getdi, 1saat sonra zəng vurub dedi ki, həkim deyir, qalmalısan xəstəxanada. Qardaşı bilirdi, nə qədər məcbur etdilər çıxmadı xəstəxanadan.

Xamis özü getdi girdi xəstəxanaya, amma oradan ölüsü çıxdı. Məni xəstəxanaya qoymadı, dedi, uşaqlar xəstədi onlara bax, gəlmə.

Axırıncı dəfə xəstəxanadan mənə şəkil göndərdi və zəng vurdu. Vurduğu axırıncı zəng idi. Danışdıq, axırıncı sözü “yuxum gəlir, yatıram” oldu.

Qızım hələ də onun yolunu gözləyir. “Ana, Atam sağalmadı? Gəlsin də xəstəxanadan” deyir. Qız elə deyəndə oğlan ağlayır, çünki başa düşür. Qızım isə hələ də atasının yolunu gözləyir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 601 18.03.19 21:19