Azərbaycanlı boksçu Avropa çempionu oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Pensiya alanlara VACİB XƏBƏR - Yanvar ayının ödənişləri…  |     18:53 Bakıda çoxmərtəbəli yaşayış binası YANIR  |     18:36 Qırmızı dənizdə yük gəmisində partlayış baş verib  |     18:25 Bakının hansı küçələrində sıxlıq var?  |     18:16 Azərbaycan "Avroviziya 2025"də bu sırada çıxış edəcək  |     18:09 Dövlət Neft Fondunun aktivləri 60 milyard dolları keçib  |     18:01 Sabunçuda binada iki nəfərin öldüyü partlayışa görə təqsirləndirilən mənzil sahibinə hökm oxunub  |     17:53 Pasiyentin açıq ürək əməliyyatı zamanı insult keçirməsinə həkim səhlənkarlığı səbəb olub? (YENİLƏNİB)  |     17:37 Hindistanda sirli epidemiya: Naməlum xəstəliyə yoluxanların yarısı ölüb  |     17:35 Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ  |     17:22 Vilyam Hacıyevin oğlu arvadı ilə "Range Rover"i bölə bilmir  |     17:12 Türk Dövlətləri Beynəlxalq Universiteti yaradılır  |     17:12 Qanunsuz miqrantların saxlanılması mərkəzlərindəki şəxslərin azad edilməsi qaydaları müəyyənləşib  |     17:03 Göyçayda limonad emalı müəssisəsində nöqsanlar aşkarlanıb  |     16:37 Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi  |     15:56 Estetik əməliyyat zamanı "TikTok"da canlı yayım açan tibbi personal CƏZALANDIRILDI  |     15:47 Şəxsiyyət vəsiqələrinin vaxtı keçmiş seçicilər də səs verə biləcək  |     15:40 Lənkəranda sərnişin avtobusu aşdı: Yaralananların sayı 20-ni keçdi (YENİLƏNİB)  |     15:25 "Qırmızı Kitab"a düşən çöl quşlarını ovlayan şəxslər saxlanılıblar - VİDEO  |     15:13 İsrail Qəzzada iranlı jurnalisti həbs edib  |    

Azərbaycanlı boksçu Avropa çempionu oldu

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

Yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M.Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini bir qızıl və iki bürünc medalla başa vurub. M.Abdullayevdən öncə Rüfət Hüseynov (-49 kq) və Cəbrayıl Yelekov (-81 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında dördüncü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz dörd millinin hesabındadır.

Rusiya boksçuları yeddi dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər üç ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 819 18.03.19 11:33