Mojo.az Banner
18:56 Bu il azərbaycanlı turistlər xaricdə nə qədər pul xərcləyib?  |     18:51 Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - Video  |     18:44 Hər beş Z nəslindən biri iş müsahibəsinə valideynləri ilə gəlir - WSJ  |     18:39 Orqanizmə gündə nə qədər lif lazımdır? - Qastroenteroloqlar açıqladı  |     18:34 Bir aydır Zeynəbdən xəbər yoxdur  |     18:25 Məleykə Abbaszadədən abituriyentlərə müraciət: "Yaxın günlərdə..."  |     18:20 Qara dənizdə Almaniyaya məxsus yük gəmisi dronlarla vuruldu  |     18:13 “Qarabağ”da yeni məşqçi təyinatları  |     18:08 Naxçıvanda altı ayda axtarışda olan 961 şəxs saxlanılıb  |     18:01 Bu mallarla əlaqədar idxal nəzarət mexanizmi yaradılır  |     17:56 Paytaxtda iki iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb - VİDEO  |     17:51 Hansı məcburi köçkünlərə aylıq müavinət verilməyəcək? - "Qaçqınkom" açıqladı  |     17:44 Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək?  |     17:38 Bakıda ofis yandı  |     17:30 ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satış müddətini artırır  |     17:25 Tərtərdə dəhşət: Ər-arvad yanaraq öldü  |     17:16 Kolleclərin qabiliyyət imtahanlarında abituriyentlərin sayı artıb  |     17:10 Müharibədən bəri Kiyev Avropadan bu qədər pul alıb  |     16:56 Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq  |     16:46 Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı  |    
Left Banner
Right Banner

Ailəsi Şumaxerin sağlıq durumu ilə bağlı açıqlama yayıb

03.01.2019 11:37 5 405
Ailəsi Şumaxerin sağlıq durumu ilə bağlı açıqlama yayıb
“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin sağlıq durumu ilə bağlı məlumatların məxfi saxlanılmasının səbəbi bilinib.

Median.Az
-ın Reporta istinadən məlumatına görə, bu barədə almaniyalı sabiq pilotun ailəsi rəsmi sayt vasitəsi ilə açıqlama yayıb.

Bildirilir ki, proses Şumaxerin istəyi ilə tənzimlənir:

“Şumaxerin ən etibarlı əllərdə olduğuna və ona köməklik göstərmək üçün hər şey etdiyimizə əmin ola bilərsiniz. Xahiş edirik, anlayın, biz Mixaelin istəyini nəzərə alaraq, onun sağlamlığı ilə bağlı məlumatları məxfi saxlayırıq”.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner