Mojo.az Banner
20:55 Azərbaycan və Ukrayna arasında dialoq müzakirə olundu  |     20:49 "Səbail"dən yeni transfer  |     20:44 Bu küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq  |     20:36 Hacıqabulda ağır qəza - Ölən və yaralanan var  |     20:30 Şuşaya quşbaxışı - VİDEO  |     20:23 “Real Madrid”in 125 milyon avroluq transferi açıqlandı  |     20:18 İmtahandan keçən taksi sürücülərinin sayı açıqlandı  |     20:10 Qaxda şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Ödəniş tələb edilir (VİDEO)  |     20:03 UEFA Konfrans Liqası: "Dinamo Kiyev" - "Qarabağ" matçının start heyətləri açıqlandı  |     19:57 İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi  |     19:48 Tiktoker "Beniz"ə HÖKM OXUNDU - 10 il 3 ay  |     19:43 Sakinlərin NƏZƏRİNƏ: Altı marşrutun hərəkət istiqaməti dəyişir  |     19:36 "Trabzonspor" Məhəmməd Salahın maaşını açıqladı - Fantastik məbləğ  |     19:29 "Bu addım atılsa, hər kəs avtobuslara yönələcək" - Nazir müavini  |     19:23 Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?  |     19:17 Təcavüz ittihamlarına görə Kennedi haqqında filmdə baş rolu itirdi  |     19:10 "Sistem haradan biləcək ki, kim kimin qohumudur?" - Əkrəm Həsənov izah edir  |     19:05 Boşanmadan sonra aliment ödənişi - Qanun nə deyir?  |     18:56 Bu il azərbaycanlı turistlər xaricdə nə qədər pul xərcləyib?  |     18:51 Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - Video  |    
Left Banner
Right Banner

Orqanizmə gündə nə qədər lif lazımdır? - Qastroenteroloqlar açıqladı

06.08.2026 18:39 96
Orqanizmə gündə nə qədər lif lazımdır? - Qastroenteroloqlar açıqladı
Sosial şəbəkələrdə yeni qidalanma tendensiyası – "faybermaksinq” (lif qəbulunu maksimum artırmaq) geniş yayılıb. Bloqerlər rasionda lifin miqdarını artırmağın arıqlamağa, ürək sağlamlığını qorumağa və bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa kömək etdiyini iddia edirlər.

Bu barədə "Popular Science” nəşri qastroenteroloqların fikirlərinə istinadən yazıb.

Qida istehsalçıları da bu tendensiyaya uyğunlaşmağa başlayıb. Zülal bumundan sonra olduğu kimi, indi də qazlı içkilərə, peçenyelərə və qəhvə üçün qaymaqlara lif əlavə edilir. Trendi dəstəkləyənlər isə yoqurta, smuzilərə və gecədən hazırlanan yulaf sıyığına çia və ya kətan toxumu əlavə etdiklərini, şorbalarda qaymağı isə əzilmiş paxlalılarla əvəz etdiklərini bildirirlər.

Həkimlər bu ideyanın əslində yeni olmadığını vurğulayırlar.

"Nyu-York Universitetinin Tibb Məktəbinin” dosenti doktor Rabia De Latour bildirib ki, lif haqqında tövsiyələr uzun illərdir verilir.

"Biz bu barədə uzun illərdir danışırıq. Əgər bunun sayəsində daha çox insana çatmaq mümkün olursa, bu, çox yaxşıdır”, deyə o qeyd edib.

Luisvildə çalışan qastroenteroloq doktor Sunana Sohi də eyni fikri bölüşüb: "Biz illərdir eyni tövsiyələri veririk, amma bəzən insanların nəhayət eşitməsi üçün bunu fərqli şəkildə ifadə etmək lazım gəlir”.

Lif orqanizmə niyə lazımdır?

Lif iki əsas növə bölünür.

Həll olmayan lif nəcisin həcmini və strukturunu artırır, həzm olunmuş qidanın bağırsaqdan hərəkət etməsinə kömək edir.

Həll olunan lif isə nazik bağırsaqda həzmi yavaşladır, qida maddələrinin daha yaxşı mənimsənilməsinə şərait yaradır və yoğun bağırsaqdakı faydalı bakteriyaları qidalandırır.

"Bundan əlavə, həll olunan lif qan şəkəri və xolesterin səviyyəsinə nəzarət etməyə kömək edir”, deyə De Latour bildirib.

Mütəxəssislər izah edirlər ki, yavaş həzm qanda qlükozanın kəskin artmasının qarşısını alır. Lif isə xolesterin tərkibli yağ və turşularla birləşərək onların orqanizmdən xaric olunmasına kömək edir.

Lifin kalorisi yoxdur. Buna görə də o, nə yağa, nə də əzələyə çevrilir və bədəndə toplanmır. Məhz buna görə uzun müddət zülal və yağlarla müqayisədə ona daha az diqqət yetirilib.

Həddindən artıq qəbul risk yarada bilər

Mütəxəssislər bildirirlər ki, istənilən qidalanma tendensiyası kimi, lif qəbulunu artırmaq da həddindən artıq səviyyəyə çatdırıla bilər.

Bəzi bloqerlər qəbul etdikləri lif miqdarını rekord yarışına çeviriblər.

Həkimləri ən çox narahat edən hallardan biri "quru qəbul etmə” praktikasıdır. Bu zaman bəzi insanlar "Metamucil” kimi lif əlavələrini su içmədən birbaşa qaşıqla qəbul edirlər. Bu isə boğulma təhlükəsi yarada bilər.

Bəzi tərəfdarlar əlavə lif əldə etmək üçün bananın qabığını, hətta sərt kivi qabığını yeməyə çalışırlar.

Əslində nə qədər lif qəbul etmək lazımdır?

ABŞ Milli Elmlər, Mühəndislik və Tibb Akademiyalarının tövsiyələrinə əsasən, hər 1000 kalori qidaya təxminən 14 qram lif düşməlidir.

Sadələşdirilmiş formada bu, qadınlar üçün gündə 25 qram, kişilər üçün isə 38 qram lif deməkdir.

"Gündəlik lif norması çox güman ki, aşağıdır, amma insanların əksəriyyəti hətta bu miqdara belə çatmır”, deyə Sohi bildirib.

Onun sözlərinə görə, orta statistik amerikalı tövsiyə olunan miqdarın yalnız təxminən üçdə ikisini qəbul edir.

Həkimlər lif miqdarını birdən-birə artırmağı məsləhət görmürlər.

"Əgər siz gündə sıfır qram lif qəbul edirsinizsə və 25 qrama çatmalısınızsa, bunu bir gündə etmək olmaz”, deyə De Latour xəbərdarlıq edib.

O, həzm problemlərinin qarşısını almaq üçün lif miqdarını hər həftə təxminən 5 qram artırmağı tövsiyə edir.

Mütəxəssislər həmçinin bildirirlər ki, lif əsasən tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq, taxıl və toxumlardan alınmalıdır. Lif əlavələri və tozlardan çox, müxtəlif bitki mənşəli qidalardan istifadəyə üstünlük verilməlidir.

İdeal halda həftə ərzində 30 müxtəlif bitki mənşəli məhsul qəbul etmək tövsiyə olunur.

Lif qəbulunu artırarkən kifayət qədər su içmək də vacibdir. Bu, köp və qəbizlik kimi problemlərin qarşısını almağa kömək edir.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner