Mojo.az — elanlar
Bakı
RU
Son Xəbərlər
14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Trabzonspor" Məhəmməd Salahın maaşını açıqladı - Fantastik məbləğ

06.08.2026 19:36 333
"Trabzonspor" Misir millisinin futbolçusu Məhəmməd Salahla bağlanmış müqavilənin maliyyə detallarını Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) açıqlayıb.

Klubun İstanbul Birjasına göndərdiyi və KAP-da dərc olunan açıqlamaya əsasən, tərəflər arasında iki illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən, futbolçuya hər mövsüm üçün 10 milyon avro əməkhaqqı və 7 milyon avro imza haqqı ödəniləcək. Beləliklə, hər mövsüm üzrə ümumi zəmanətli ödəniş 17 milyon avro təşkil edəcək.

Bundan əlavə, müqavilədə performans göstəricilərindən asılı olaraq hər mövsüm üçün bonusların ödənilməsi də nəzərdə tutulub.

Klub həmçinin bildirib ki, imic hüquqları ilə bağlı razılaşmaya əsasən, Məhəmməd Salah adı ilə klubun mağazalarında satışa çıxarılan məhsullardan əldə olunan gəlirin 20 faizi futbolçuya veriləcək.

Açıqlamada menecer xidmət haqqına da toxunulub. Bildirilib ki, bu xidmətə görə futbolçunun ümumi əməkhaqqının 5 faizi həcmində ödəniş ediləcək.
//qaynar.az

Son xəbərlər