Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq

06.08.2026 16:56 597
Mingəçevirdə suda üzmə yarışı: Rekord sayda iştirakçı qatılacaq
Avqustun 8-də Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?!" açıq suda üzmə yarışı keçiriləcək.

Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Son illər Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilən "Kürü keçək?!" sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği və inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

Mingəçevirdə artıq beşinci dəfə keçiriləcək yarışa maraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı il üçün yarışa 616 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ən gənci 12, ən yaşlısı isə 79 yaşındadır.

Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə keçiriləcək. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.

Yarış kişi və qadınlar arasında 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 71 yaşdan yuxarı olmaqla altı yaş kateqoriyası üzrə təşkil olunacaq.

Qeyd edək ki, hər yaş kateqoriyasında ilk üç yeri tutan kişi və qadın iştirakçılar mükafatlandırılacaqlar.

Son xəbərlər