Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Məleykə Abbaszadədən abituriyentlərə müraciət: "Yaxın günlərdə..."

06.08.2026 18:25 357
Məleykə Abbaszadədən abituriyentlərə müraciət:
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edərək ixtisas seçimi zamanı rəsmi və etibarlı məlumat mənbələrindən istifadə etməyin vacibliyini vurğulayıb.

O, bildirib ki, bu məqsədlə "Abituriyent" jurnalının 4-cü nömrəsi yaxın günlərdə nəşr olunacaq və ixtisas seçiminə başlamazdan əvvəl hər bir abituriyentin jurnalla diqqətlə tanış olması tövsiyə edilir.

Məleykə Abbaszadənin sözlərinə görə, jurnalda ixtisas seçimi elanı, müsabiqə şərtləri, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu, eləcə də seçim prosesində lazım olacaq digər mühüm məlumatlar yer alıb.

DİM sədri xüsusilə jurnalda dərc olunan psixoloq tövsiyələrinə diqqət yetirməyi məsləhət görüb. O qeyd edib ki, həmin məqalədə peşə seçimi zamanı yaranan qərarsızlığın səbəbləri izah edilir, maraq, bacarıq, dəyərlər və real imkanların birlikdə qiymətləndirilməsi əsasında peşə seçiminin necə formalaşdırılacağı göstərilir. Bundan başqa, peşələri daha yaxından tanımaq və bacarıqları inkişaf etdirmək üçün praktik tövsiyələr də təqdim olunur.

Məleykə Abbaszadə vurğulayıb ki, ən uyğun peşə yalnız insanın yaxşı bacardığı sahə deyil, eyni zamanda onun maraqlarına, dəyərlərinə və gələcək inkişaf planlarına uyğun olan peşədir.

O əlavə edib ki, "Abituriyent" jurnalı Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün vahid formada – Azərbaycan dilində hazırlanıb. Nəşrdə həm Azərbaycan, həm rus bölməsi, həm də hər iki bölmə üzrə qəbul aparılan ixtisaslar barədə məlumatlar yer alır.

DİM sədri bütün abituriyentlərə uğurlu, düşünülmüş və gələcək həyatlarına düzgün istiqamət verəcək ixtisas seçimi arzulayıb.

Son xəbərlər