“Neftçi” PFK-nın Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib.
Komanda Bosniya və Herseqovinanın "Çelik” klubu ilə qarşılaşacaq.
Bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın “Şkupi” və Rumıniyanın “Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş “Neftçi”nin iyulun 5-dəki rəqibi “Politexnika” (Rumıniya) olacaq.
Qeyd edək ki, “Çelik”lə Avropa Liqasında mübarizə aparacaq digər təmsilçimiz “Keşlə” də qarşılaşacaq. Həmin görüş bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.