Güləşçilərimiz İranda böyük uğur qazanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:22 Bu şəhərlər 2050-ci ilə qədər su altında qalacaq  |     22:10 Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur  |     21:57 Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu - FOTO  |     21:44 "e-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq  |     21:19 Yol polisindən sürücülərə müraciət  |     21:03 Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb  |     20:24 Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO)  |     19:52 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     19:47 21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü  |     19:32 Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib  |     19:31 Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb  |     19:19 "Milan" futbolçusu üçün 50 milyon avro tələb edir  |     18:56 Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib  |     17:09 Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - 2026-dan  |     16:41 Bakıda bank kartından 6000 manat oğurlayan şəxs saxlanıldı  |     16:37 SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM  |     16:20 Dövlət Sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanıldı  |     15:46 Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq  |     15:37 Suriyada yoxa çıxan hüquq müdafiəçisinin işgəncə ilə öldürüldüyü məlum olub  |     15:30 "İnteraz" TV rəhbərinin məhkəməsi: "İki milyon manatdan söhbət gedir, hamısı çantadan ola bilməzdi"  |    

Güləşçilərimiz İranda böyük uğur qazanıb

İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib.

Oxu.Az xəbər verir ki, Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının qatıldıqları turnirdə Azərbaycanı sərbəst güləş üzrə gənclərdən ibarət yığma üzvləri təmsil edib.

Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçi mübarizə aparıb. Onlar turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) qızıl, Alimaqomed Alixmayev (97 kq) gümüş, Əsgər Məmmədəliyev (57 kq), Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medala yiyələnib.

Məmmədəliyev həlledici qarşılaşmada ermənistanlı rəqibini yenib. Komanda hesabında Azərbaycan yığması ikinci olub.

Görüşlərin idarə edilməsində ölkəni milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 603 03.03.18 14:08