Polşa millisinin futbolçusu Robert Levandovski İspaniyanın "Barselona" klubu ilə müqavilənin müddətini uzatmaq istəyir.
Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
36 yaşlı hücumçu özünü Kataloniya təmsilçisində əla hiss edir və sözləşməni yeniləməkdə qərarlıdır.
Onun hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Lakin forvard matçların 50 faizində iştirak etsə, bunun daha bir il uzadılması variantı aktivləşəcək.
Levandovskinin isə 2027-ci ilin yayınadək sözləşmə bağlamaq niyyətində olduğu iddia edilir.
Qeyd edək ki, o, cari mövsüm İspaniya La Liqasında keçirdiyi 13 oyunda 14 qola imza atıb.
//report