İspaniya millisinin və "Barselona"nın əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta karyerasını başa vurmaq qərarına gəlib.
Median.Az xarici mediaya istinadən xəbər verir ki, bütün karyerası boyu "8" nömrəli formanı daşıyan 40 yaşlı futbolçu bu qərarını 8 oktyabrda rəsmi olaraq açıqlayacaq.
Qeyd edək ki, İnyestanın son olaraq BƏƏ-nin "Emireyts" klubunda çıxış edib.
//azxeber.com