FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:58 "VKontakte" sosial şəbəkəsində genişmiqyaslı xəta baş verdi  |     16:21 Ermənistan ŞƏT-ə üzv olmaq niyyətini açıqladı  |     15:41 Attestata səhv qiymət yazan direktor cəzalandırıldı  |     15:37 Konsulluq əməkdaşları Bakıda saxlanılan Rusiya vətəndaşları ilə görüşəcəklər - Zaxarova  |     15:01 Emin Rusiyadakı konsertini təxirə salır? - FOTO  |     15:00 Şimali Kipr Türk Respublikasının prezidenti Füzuli rayonuna gedib  |     14:51 Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhdudlaşdırılıb  |     14:50 Alyona Əliyeva Leyla Əliyevanı təbrik etdi - FOTO  |     14:32 Pakistanın baş naziri Azərbaycana yola düşüb  |     13:44 İsrail prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb  |     13:38 "Crocus City Hall"da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar  |     13:31 Özbəkistan prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb  |     13:30 Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü  |     13:30 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     12:42 Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək  |     12:33 Dövlət xidməti 62 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib  |     12:18 Yekaterinburqda həbs edilən iki azərbaycanlı məhkəmənin qərarından şikayət edib  |     12:17 Türkiyədə qəzaya uğrayan yüngülmühərrikli təyyarə tapıldı: Bir nəfər xilas edildi  |     12:16 Lənkəranda evə hücum edib qonşusunu bıçaqlayan şəxs saxlanıldı (Yenilənib)  |     12:05 Bakı metropolitenində baş vermiş TERROR AKTI: 13 nəfərin həyatına son qoyan partlayış  |    

FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası Rusiya və Belarus şahmatçılarını beynəlxalq turnirlərə qaytarmaqdan imtina edib. Bununla belə, qurum 12 yaşadək uşaqların və sağlamlıq imkanları məhdud idmançıların komanda yarışlarına buraxılması məsələsinə baxacaq.

FIDE-nin ali orqanı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar beynəlxalq şahmat yarışlarında Rusiya və Belarusa qarşı sanksiyaların qüvvədə qalmasına səs verib. Həftəsonu Budapeştdə keçirilmiş Baş Assambleyanın iclasında nümayəndə heyətlərinin əksəriyyəti Rusiya və Belarus uşaq şahmatçılarına və həssas qruplara qoyulan bəzi məhdudiyyətlərin aradan qaldırılmasının mümkünlüyü ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə məsləhətləşmələr təklifini dəstəkləyib.

Bununla belə, Rusiya və Belarus milli komandalarına, rəsmi şəxslərə, habelə beynəlxalq yarışlarda rəsmi bayraq və himndən istifadəyə qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalacaq.

Sanksiya məsələsi haqqında yekun qərarı FIDE Şurası verəcək və onun səsvermənin nəticələrini ləğv etməyəcəyi gözlənilir.

Rusiya və Belarusdan sanksiyaların götürülməsi təklifi Qırğızıstan nümayəndə heyəti tərəfindən irəli sürülüb.

Azərbaycan daxil olmaqla FIDE-yə üzv olan 66 ölkə uşaqlara və həssas qruplara qoyulan məhdudiyyətlərin sonradan götürülməsi mümkünlüyü ilə sanksiyaların qüvvədə qalması qərarının lehinə, 41 ölkə isə bütün məhdudiyyətlərin tam saxlanılmasına səs verib. Cəmi 21 ölkə Rusiya və Belarusa tətbiq olunan bütün sanksiyaların ləğv edilməsindən yana olub. Postsovet məkanından bunun lehinə Rusiya və Belarusdan başqa, Ermənistan, Qırğızıstan və Türkmənistan səs verib. Rusiya və Belarusun beynəlxalq turnirlərə qaytarılmasının tərəfdarları arasında Serbiya, Yaxın Şərq, Mərkəzi və Cənubi Amerika, habelə Afrikanın bəzi dövlətləri var. Eyni zamanda, 11 ölkə bitərəf qalıb, 60-ı isə səsverməyə qatılmayıb.

BBC-nin nəql etdiyi kimi, uzun müddət gözlənilən səsvermə Qərbin Rusiyaya mədəniyyət, idman və diplomatiya sahələrində təzyiq göstərməyə davam etmək əzminin sınağı kimi qiymətləndirilirdi.

"Bu, Ukraynanın qələbəsidir", - Ukrayna Şahmat Federasiyasından Viktor Kapustin BBC-yə söyləyib.

"Bu səsvermə o deməkdir ki, Rusiyanın güman etdiyi kimi yetərincə dəstəyi yoxdur", - o əlavə edib.

"Rusiya təcavüzkar və işğalçıdır. Təcavüzkar idman da daxil olmaqla həyatının bütün sahələrində cəzalandırılmalıdır. Sanksiyaları qoruyub saxlamaq və ya hətta gücləndirmək vacibdir ki, onlar öz cinayətlərini etiraf etsinlər", - o vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            789 23.09.24 12:14