Fransalı baş məşqçi Zinəddin Zidan dil probleminə görə İngiltərənin "Mançester Yunayted" komandasına rəhbərlik etmək istəməyib.
Təcrübəli mütəxəssis bu barədə "Lequipe" nəşrinə açıqlama verib.
Zidan ingilis dilini başa düşdüyünü, lakin kollektivi effektli idarə edəcək səviyyədə bilmədiyini söyləyib:
"Mançester Yunayted"də işləmək istərdim. Mən ingilis dilini mükəmməl bilmirəm. Klubda xarici dil bilmədən gələn məşqlər var, amma mən başqa cür işləyirəm. Qlobal kontekstdə qələbə bir çox detallardan ibarətdir".
Daha əvvəl mütəxəssisin "qırmızı-şeytanlar"dakı vəziyyəti diqqətlə izlədiyi yazılıb.
Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ilin yayından, hazırkı İspaniya çempionu "Real"dan ayrıldıqdan sonra işsizdir. O, 2016-2018 və 2019-2021-ci illər aralığında Madrid komandasına rəhbərlik edib.
//report