UEFA Avropa Liqasının Liqa mərhələsində çıxış edən "Qarabağ" klubu futbolçularını komandada saxlaya bilmək üçün maaşlarını 25% artırıb.
Median.Az Sportinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ" rəhbərliyi cari mövsüm üçün öncədən nəzərdə tutulmuş büdcəyə düzəliş edib.
Qurban Qurbanovun məsləhətinə dəyər verən rəsmilər müqaviləsi davam edən futbolçuları sevindiriblər.
Qeyd edək ki, həm yerli, həm də legioner futbolçularının əməkhaqqı 20-25% artırılıb.