"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Alpin" yeni pilotunu təqdim edib.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Avstraliyalı sürücü Cek Duen heyətə cəlb olunub. Müqavilənin müddəti 2025-ci ilin sonunadək nəzərdə tutulub.
Onun komanda yoldaşı fransalı Pyer Qasli olacaq.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi sentyabrın 13-15-də baş tutacaq.