İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialın dördüncü günündə qızlardan ibarət Azərbaycan millisinin son 4 idmançısı mübarizəyə qoşulub.
Onlardan ikisi sabah bürünc medal uğrunda gücünü yoxlayacaq.
U-17 dünya çempionatı
Qadın güləşi
40 kq
Nəzrin Əhmədli kanadalı İraabir Suç (12:1) və türkiyəli Liva Çelikə (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. O, finala gedən yolda ukraynalı Kamila Kuçma ilə qarşılaşıb. 0:5 hesabı ilə məğlub olan Nəzrin bürünc uğrunda güləşəcək.
5️3️ kq
Fatimə Bayramova təsnifat mərhələsində belaruslu Mariya Xruşovaya (AİN) "tuş"la məğlub olub.
6️1️ kq
Günay Qurbanova 1/8 finalda Zalina Totrovaya (AİN) 9:4 hesabıyla, 1/4 finalda iordaniyalı Maya İşakata vaxtından əvvəl (10:0) qalib gəlib. Güləşçimiz yarımfinalda yaponiyalı Sae Noquçi ilə güləşib. 0:5 hesabı ilə uduzan güləşçimiz bürünc görüşünə çıxacaq
6️9️ kq
Zəhrə Kərimzadə 1/8 finalda ukraynalı Oleksandra Ribaka uduzub - 0:10.
Qeyd edək ki, qız güləşçilərimizdən Esra Məmmədli (49 kq) bu gün bürünc medal uğrunda qüvvəsini sınayacaq.