Parisdə keçirilən Olimpiya Oyunlarının futbol turnirinin ikinci yarımfinal görüşü Fransa və Misir yığmaları arasında baş tutub.
Liondakı "Qrupama" stadionunda keçirilən oyun əlavə vaxtda fransızların qələbəsi ilə yekunlaşıb - 3:1.
Misir yığmasının müdafiəçisi Mahmud Saber 62-ci dəqiqədə fərqlənib. 83-cü dəqiqədə fransalı hücumçu Jan-Filip Mateta tabloda bərabərliyi bərpa edib.
92-ci dəqiqədə misirli müdafiəçi Ömər Fayed meydandan qovulub. 99-cu dəqiqədə Mateta dubla imza atıb. 108-ci dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Mixael Olize görüşdə son nöqtəni qoyub.
Beləliklə, finala yüksələn Fransa yığması daha əvvəl mərakeşlilərə qalib gəlmiş (2:1) İspaniya yığması ilə avqustun 9-da turnirin qalibi adı uğrunda son matçda qarşılaşacaq.