Fransa paytaxtında işıqlar sönüb.
Voleybol matçı zamanı arenanın işıqları sönüb.
Hadisə ABŞ və Yaponiyanın kişilərdən ibarət yığmaları arasında keçirilən qarşılaşmada baş verib. Hesab 2:1 olarkən, arena qaranlığa qərq olub. Amma 2 dəqiqədən sonra problem öz həllini tapıb.
Qeyd edək ki, bundan öncə Sena çayında üzən atletlərin əksəriyyətinin halı pisləşib.Britaniya komandası qida çatışmazlığı və keyfiyyətsiz yemək səbəbindən Olimpiadaya öz aşpazını gətirib. Pedofiliyaya görə məhkum olunmuş idmançı Olimpiadaya vəsiqə əldə edib və ən mötəbər yarışların iştirakçısına çevrilib. Daha güclü yumruqları olan iki transseksual döyüşçü qadın boksçulara qarşı rinqə çıxıb.