Yamaykalı atlet Nayoka Klunis internet probleminə görə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.
Yamaykada baş verən güclü fırtına sonrası ölkədə internetin fəaliyyəti dayanıb və çəkicatma üzrə yarışların iştirakçısının adı yarış ərizəsinə salınmayıb.
İdmançı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlasa da, nəticə dəyişməyib.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
//report