"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi"yə (Hayfa) qarşı keçirəcəyi cavab matçının hakimləri bəlli olub.
Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Peter Kraloviçdir. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 1-də keçiriləcək "Sabah" - "Makkabi" oyunu Bakı vaxtı saat 20:00-da başlayacaq.