İspaniyanın "Real Madrid" klubu dünyanın ən dəyərli futbol brendlərinin reytinqinə başçılıq edir.
Median.Az rbc.ru-ya istinadən xəbər verir ki, dünyanın aparıcı konsaltinq şirkəti "Brand Finance"ın reytinqinə görə, Madrid komandasının dəyəri 1.805 milyard dollara bərabərdir.
İlk üçlüyə həmçinin "Mançester Siti" (1.726 milyard dollar) və "Barselona" (1.653 milyard dollar) klubları daxil olub.
Sonrakı yerlərdə "Mançester Yunayted" (1.498 milyard dollar), "Liverpul" (1.478 milyard dollar), "Bavariya" (1.325 milyard dollar), PSJ (1.294 milyard dollar), "Arsenal" (1.067 milyard dollar), "Tottenhem" (930 milyon dollar) və "Çelsi" (897 milyon dollar) klubları qərarlaşıb.