Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunub, yeni rəis təyin edilib.
Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Sanitar-Təmizlik İdarəsinin rəisi Arzu Qurbanov vəzifəsindən azad olunub.
Ramin Talıbov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.
Digər sərəncama əsasən, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Anar Həziyev işdən azad olunub. İdarənin yeni rəisi Arzu Qurbanov təyin edilib.