Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Xəzər sahillərində 18-ci əsrə aid gəmi tapıldı  |     22:46 Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması qanunidir?  |     22:28 11 ayda 9 milyon manatlıq dərman istehsal edilib  |     22:12 Ağdamda ağır xəstə özünü öldürdü  |     21:55 Pakistanda bombalı hücum: Çox sayda ölü və yaralı var  |     21:38 2024-cü ilin ən populyar mahnısı (VİDEO)  |     21:27 Tarix müəyyən edildi: Dəməşq Beynəlxalq Hava Limanı açılır  |     21:05 "Terrorçuların silahlarını təslim etməkdən, ya da ölməkdən başqa çarəsi yoxdur"  |     20:43 Süni intellekt onların biznesini zəiflətdi - "Getty Images" və "Shutterstock" birləşəcəkmi?  |     20:29 Azərbaycan klubu amerikalı voleybolçu transfer edib  |     20:15 Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər  |     20:01 Bakıda bəzi yollarda sıxlıq müşahidə edilir - SIYAHI  |     19:33 Bakı-Balakən-Bakı marşrutu üzrə minimum qiymətlər açıqlandı  |     19:19 Bayden Messini ABŞ Prezidentinin "Azadlıq" medalı ilə təltif edəcək  |     18:57 Fransa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb  |     18:37 Yararsız avtobusları xəttə kim buraxır? (AÇIQLAMA)  |     18:19 Goranboyda iki ədəd “Kalaşnikov” tapıldı  |     18:05 Dünyanın ən yaşlı insanı vəfat etdi  |     17:45 Metronun "Xətai" stansiyasındakı insident araşdırılır: Polisə müraciət edilib - VİDEO  |     17:31 Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib  |    

Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO

Azərbaycan çempionatında növbəti danışılmış oyun “radar”a düşüb.

Bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.

Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri “SportRadar” şirkətindən siqnal aldıqlarını çatdırıb:

“Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK - “Difai Ağsu” matçından gedir. Bu oyunda dörd qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən oyunda məhz dörd qol vurulub - görüş “hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar ikinci hissədə qeydə alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            585 18.04.24 12:08