Birinci MDB Oyunlarında Azərbaycan komandası üçüncü pillədə qərarlaşıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |    

Birinci MDB Oyunlarında Azərbaycan komandası üçüncü pillədə qərarlaşıb

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında 3-cü günün yarışları başa çatıb.

Azərbaycan təmsilçiləri bu gün 3 növdə mübarizə aparıblar. Belə ki, kəmər güləşində təsnifat və medal görüşləri keçirilib. Bu növdə kişilərdən Nahid Vəliyev (57 kq) və Məhərrəm Eyvazov (68 kq), qadınlardan isə Sənubər Nəbiyeva (66 kq) və Aytəkin Paşazadə (76 kq) çıxış edib. Onlardan yalnız S.Nəbiyeva cəmi bir görüşdə qalib gələrək bürünc medala layiq görülüb. Bu, həm də Azərbaycanın gün ərzində qazandığı yeganə medal olub. Qalan pəhləvanların hamısı bütün qarşılaşmalardan məğlub ayrılıblar.

Tayboks növündə Musa Nuruzadə (57 kq) və Məhər Əsədzadə (63,5 kq) təsnifat görüşünə çıxıb. M.Nuruzadə döyüşündən məğlub ayrılsa da, M.Əsədzadə erməni rəqibini vaxtından əvvəl nokautla udub.

Basketbolun 3X3 növündə B qrupunda yer alan Azərbaycan millisi isə iki görüş keçirib. İlk qarşılaşmasında Qırğızıstana 16:10 hesabı ilə qalib gələn yığma, növbəti matçında Belarusa uduzub - 12:20. Samit Nuruzadənin baş məşqçi olduğu kollektivdən ən çox xalı Əndər Poladxanlı yığıb. O, Qırğızıstanla görüşdə 9, Belarusla oyunda 4 xal toplayıb.

Sentyabrın 6-da keçiriləcək yarımfinal görüşündə Azərbaycanın rəqibi Rusiya olacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Digər yarımfinal qarşılaşmasında isə Belarus komandası Özbəkistanı sınağa çəkəcək.

Bu nəticələrdən sonra Azərbaycan Oyunlarda 6 qızıl, 4 gümüş və 12 bürünc medal qazanaraq ümumi hesabda 9 iştirakçı ölkə arasında 3-cü pillədə qərarlaşıb. İkinci yerə 33 medalla (13 qızıl, 12 gümüş, 8 bürünc) Özbəkistan yüksəlib. Birinci pilləni isə 60 medalla (34 qızıl, 14 gümüş, 12 bürünc) Rusiya tutub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            546 06.09.21 12:21