“Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, məşqçinin tapşırıqlarını dəqiqliklə yerinə yetirək”.
Oxu.Az-ın Helsinkiyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu fikirləri “Neftçi”nin futbolçusu Sezar Mesa Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib:
“Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək istəyirəm”.
Qeyd edək ki, HİK – “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. İlk matçda qalib müəyyənləşməyib – 2:2.