Ötən sutka Tokioda Olimpiya Oyunlarının keçirilməsinə cəlb olunmuş doqquz nəfərin koronavirus testi müsbət nəticə verib.
Bu barədə Tokio-2020-nin təşkilat komitəsinin saytında qeyd olunub.
Yoluxanlar arasında Olimpiya kəndindəki əcnəbi idmançılardan biri də olub. O, iki həftəlik karantinə götürülüb.
Ümumilikdə Olimpiya Oyunlarına cəlb olunanlar arasında 71 yoluxma qeydə alınıb.