“Olimpiakos”la qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:58 Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir  |     19:53 Cəlilabadda 1990-cı il yanvar hadisələrinin iştirakçısı: Bizi döyən 30-40 yaşlı hərbçilər narkotikin təsiri altında idilər  |     19:48 Belarus Prezidenti 15 məhkumu əfv edib  |     19:42 Şənbə gününün hava proqnozu açıqlanıb  |     19:42 Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:31 "Formula 1" pilotları nalayiq ifadələrə görə diskvalifikasiya oluna bilərlər  |     19:25 Tailandda 350-dən çox məktəb bağlanıb, insanlara evdən işləmək tövsiyə edilib  |     19:18 Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək  |     19:09 Britaniya “Rolls-Royce” ilə sualtı qayıqlar üçün reaktorların yaradılması haqqında müqavilə bağlayıb  |     19:03 Qəzzada məktəblərin 88 %-i döyüşlər zamanı ziyan çəkib  |     18:52 "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib - MƏHKƏMƏ  |     18:29 Azərbaycan səfiri İranın XİN nümayəndəsi ilə görüşüb  |     18:27 Husilər BMT əməkdaşlarını girov götürüblər  |     18:08 Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib  |     18:05 Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı  |     18:03 Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi  |     17:46 Əməliyyat otağında doğum gününü qeyd edən həkimin həyat yoldaşı da işdən çıxdı  |     17:13 2024-cü ildə beynəlxalq axtarışa verilmiş 118 şəxsin yeri müəyyən olunub  |     17:00 Ötən il 216 kriminal qrup zərərsizləşdirilib  |     16:53 Milli parkda ceyranın başını kəsən şəxs nazirlik əməkdaşı imiş  |    

“Olimpiakos”la qarşılaşacaq “Neftçi”nin potensial rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. İkinci raundda Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq “ağ-qaralar” püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Azərbaycan çempionu üçün beş mümkün rəqib var. Yalnız “Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) cütü flaqmana potensial rəqib ola bilməz.

Üçüncü təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.

UEFA Çempionlar Liqası

Üçüncü təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi
“Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi
“Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Kayrat” (Qazaxıstan) / “Srvena zvezda” (Serbiya) cütünün qalibi
“Reyncers” (Şotlandiya)

Səpələnməmişlər

“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)

Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 19.07.21 11:02