İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi postundan kənarlaşdırılıb.
Klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib ki, Kike Setyen işindən azad olunub.
Setyen komandaya bu ilin yanvarında Ernesto Balberdenin əvəzinə təyin olunmuşdu.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bayern"inə böyük hesabla (2:8) uduzduqdan sonra komandada ciddi dəyişikliklər həyata keçirilir.