Teymur Rəcəbovun komandası superfinal şansını itirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür  |     21:50 Goranboyda yol qəzası olub, xəsarət alan var  |     21:33 İnsultdan bir neçə gün əvvəl ortaya çıxan ÜÇ ƏLAMƏT  |     21:24 Kartof qızartmasını belə bişirin – Möhtəşəm olacaq  |     21:17 NASA astronavtları Azərbaycanı təbrik etdilər - VİDEO  |     21:10 İçməli su alanda nələrə diqqət etməliyik?  |     21:03 Qayğanağı daha dadlı edəcək məhsul açıqlandı  |     20:58 Əlüzyuyanı ərpdən təmizləməyin effektiv yolu  |     20:51 "Quseynoff" MMC-nin sahibi Emin Hüseynov yenidən GÜNDƏMƏ GƏLDİ - VİDEO  |     20:50 İcbari tibbi sığortadan imtina etmək olar? – CAVAB  |     20:44 Qırmızı üzüm insanı bağırsaq xərçəngindən qoruyur  |     20:36 Köhnə Samsunglarda bu proqram işləməyəcək - 23 dekabr son gündür  |     20:30 Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar zərər vurub  |     20:25 Türkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb  |     20:18 Oğurluq edərkən tutulan NBA ulduzu saxlanıldı  |     20:10 İngiltərə Premyer Liqası tarixinin ən pis hücumçuları açıqlanıb  |     20:03 Sabah Bakıda hava yağmursuz keçəcək  |     19:57 Ekvador millisinin futbolçusu 22 yaşında vəfat edib  |     19:39 Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb  |     19:31 Kriştianu Ronaldu növbəti mükafatını alıb  |    

Teymur Rəcəbovun komandası superfinal şansını itirdi

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı Onlayn Millətlər Kubokunda bu gün son iki tur keçiriləcək.

Şahmatçımızın yer aldığı “Dünyanın qalan hissəsi” komandası dünən Hindistana 1,5:2,5 (Teymur Vişvanatan Ananda uduzub) və ABŞ-a 1:3 hesabı ilə uduzub (bu turda Teymura istirahət verilib).

Dünya komandası bu gün IX turda Rusiya, X turda Avropa yığması ilə qarşılaşacaq. Teymurun bu gün müvafiq olaraq Yan Nepomnyaşi və Maksim Vaşye-Laqravla qarşılaşacağı gözlənilir.

Qeyd edək ki, Teymur Rəcəbovun cəmi iki xala malik olan komandasının sabah keçiriləcək superfinala vəsiqə qazanmayacağı dəqiqləşib. Onun komandası bu gün iki qələbə qazanmaqla yalnız turnir cədvəlinin sonuncu pilləsindən qurtula bilər.

15 xalı olan Çin yığmasının superfinala vəsiqəsi təmin olunub. Asiyalıların rəqibi isə ABŞ və ya Avropa yığması ola bilər. Avropa komandası ABŞ-dan bir xal geridədir. Bu gün IX turda ABŞ – Avropa qarşılaşması məhz bu baxımdan maraq doğurur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 187 09.05.20 15:14