Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar zərər vurub » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:51 Əmək pensiyaları indeksləşdiriləcək  |     19:46 Sabah yağış yağacaq, külək əsəcək  |     19:39 Qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışı daxil edilir  |     19:33 “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs Ali Məhkəməyə müraciət edib  |     19:25 KTM: Yanvar ayında üç nəfər zəhərlənmədən ölüb  |     19:19 Biləsuvarda qadın 3 kq narkotiklə tutulub - VİDEO  |     19:11 Ermənistanda atışma olub, ölən və yaralananlar var  |     19:04 Çinin tarifləri səbəbindən dünya bazarlarında qazın qiyməti arta bilər  |     18:47 Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı  |     18:39 Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı  |     18:32 Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı  |     18:19 Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI  |     18:16 "MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq  |     17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |    

Təbii fəlakətlər 10 ildə dünyaya 2 trilyon dollar zərər vurub

Beynəlxalq Ticarət Palatası iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələrinin fəsadları barədə hesabat hazırlayıb.

Hesabatda deyilir ki, iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava hadisələri 2014 və 2023-cü illər arasında qlobal iqtisadiyyata 2 trilyon dollardan çox zərər vurub. Məlumata görə, Beynəlxalq Ticarət Palatası 2014-2023-cü illər arasında baş verən şiddətli yağış, sel və torpaq sürüşməsi kimi 4 mindən çox ekstremal hadisəni araşdırıb. Hesabata görə, təbii fəlakətlər təkcə son iki ildə qlobal iqtisadiyyata 451 milyard dollar ziyan vurub. Bu dövrdə təxminən 935 milyard dollarla ən böyük iqtisadi itkiyə məruz qalan ölkə ABŞ olarkən, onu 268 milyard dollarla Çin və 112 milyard dollarla Hindistan izləyir.

Yaponiya, Almaniya, Avstraliya, Fransa və Braziliya kimi ölkələr də ən çox iqtisadi itkiyə məruz qalan ilk 10 ölkə sırasında olub. 2014-2023-cü illərdə baş verən ekstremal hava hadisələrindən təxminən 1,6 milyard insan zərər çəkib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 12.11.24 20:30