Kartof qızartması bir çoxlarının sevimli yeməyidir. Bu yeməyi hamı öz üsulu ilə bişirir. Ancaq qızartmanın daha dadlı olması üçün bir neçə sadə yol var.
Kartofun formasını saxlamasını istəyirsinizsə, bir qaba soyuq su tökün və doğranmış kartoflarl yarım saat burada gözlədin. Bundan sonra, suyu boşaldın və kartof dilimlərini salfetin üzərinə qoyub qurudun.
Bundan əlavə, kartofun yaxşıca qızarmasını istəyirsinizsə, buğda unundan istifadə etməyiniz məsləhətdir. Qızartmazdan əvvəl, kartofu buğda unu ilə bir qaba tökün. Oarada qarışdırdıqdan sonra kartofları içində yağ olan isidilmiş tavaya tökün. Nəticədə qızılı rəngli kartof qızartması əldə edəcəksiniz.
Həmçinin, zərdəçal, qırmızı bibər və rozmarin yeməyə dad verən əsas ədviyyat növlərindəndir. Bu birləşmə kartofu elə mükəmməl edəcək ki, sanki o bahalı restoranda bişirilib.
//lent.az