Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:01 Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı | 18:00 "Nvidia" investorları aldatmaqda və Çinə çip ötürməkdə şübhəli bilinir | 17:57 Hərbi qulluqçulara cərimə tətbiqi absurddur – AÇIQLAMA | 17:54 Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq | 17:49 Bakıda dövlət qurumlarının iş vaxtı dəyişdi: İkiaylıq sınaq tıxacı azaltdımı? | 17:47 Bu ermənilərin pasportlarında doğum yeri “Azərbaycan” yazılacaq | 17:43 Uşaqlar bağçalarda ən çox hansı xəstəliklərə yoluxublar? | 17:25 Bakıda yeni avtobus marşrutu yaradılır | 17:18 İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb | 17:04 Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq | 16:55 Azərbaycanda qış istirahəti üçün ən maraqlı 7 məkan | 16:47 Saray körpüsündə zəncirvari qəza: Üç avtomobil toqquşdu | 16:40 Azərbaycan əhalisinin sayı açıqlandı | 16:31 Kolleclərlə bağlı vacib dəyişiklik gözlənilir | 16:25 Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto | 16:14 Evlənən və boşananların sayı açıqlandı | 16:07 Rusiya Polşanın hava məkanını pozdu: Hökumət xüsusi müşavirə çağırdı - Foto/Video | 15:57 Doğulanların sayı azaldı: Ölənlər artdı | 15:40 Zelenskidən ABŞ-yə çağırış: Ukraynada hərbi bazalar yerləşdirin | 15:29 Tahir Abdullayev çəki salmaqdan imtina etdi: Qazancının bir hissəsindən məhrum oldu - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb

13.11.2024 19:46 1 896
Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb
Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.

Paşinyan bunu "hökumət saatı" çərçivəsində danışarkən deyib.

"BRICS sammitində iştirakı çox vacib və səmərəli hesab edirəm. Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Qeyd etməliyəm ki, aramızda belə uzun söhbət çoxdan və ya heç vaxt olmayıb. Çox vacib söhbət baş tutdu", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlıq barədə strateji sövdələşməyə ehtiyac var.
 
///Report

Son xəbərlər