ABŞ-ın MLS və USL klubları növbəti həftədən məşqlərini bərpa edəcəklər.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" klubunun rəsmi saytı xəbər yayıb.
Qeyd olunub ki, komandalar mayın 11-dən etibarən bazalarında 4 nəfərlik qruplar şəklində hazırlaşa biləcəklər.
Məşq vaxtı meydançada komandanın məşqçilərindən və əməkdaşlarından yalnız bir nəfər yer ala biləcək.
ABŞ-da yerli liqalar koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılıb.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL müntəzəm çempionatında "Finiks Rayzinq"də çıxış edir. 29 yaşlı hücumçu ilk turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda "het-trik" edib. Dadaşov USL-də həftənin oyunçusu seçilib.