AFFA AVRO-2020 ilə bağlı UEFA-ya təsdiq məktubu göndərib.
AFFA AVRO-2020-nin dörd müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib.
Bununla bağlı əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun üç oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.
Daha əvvəl Rumıniya (Buxarest), Danimarka (Kopenhagen), İrlandiya (Dublin), İngiltərə (London) və Almaniya (Münhen) futbol federasiyaları bu yarışı keçirmək niyyətlərinin dəyişmədiyini bildiriblər.
/oxu.az/