Median.Az xəbər verir ki, yanvarın 3-ü saat 17 radələrində Kürqaraqaşlı kəndində, Salyan şəhər sakini Seyidabdulla Ağalarovun idarə etdiyi “BMW” və rayon sakini İlham Rəhmanovun idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub.
Nəticədə “BMW”-nin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb.
Salyan RPŞ-də faktla bağlı araşdırma aparılır.